Ramil Həsən ATƏT-in İnsan Ölçüsü Konfransının plenar sessiyasında çıxış edib - FOTO
Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən 9 oktyabr 2024-cü il tarixində Varşavada, ATƏT-in İnsan Ölçüsü Konfransının plenar sessiyasında çıxış edib.
APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
Öz şəxsi qaçqınlıq hekayəsi, Ermənistandan azərbaycanlıların qovulması, onların qayıdışına imkan verilməməsi barədə məlumat verən R. Həsən, bəzi dairələrin Azərbaycandan könüllü köçmüş ermənilərin məsələsini süni şəkildə gündəliyə gətirdiyi halda, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı hüququna münasibətdə ayrı-seçkilik nümayiş etdirdiklərini bildirib. R. Həsən ədalət və barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdışı hüququna hörmət edilməsinin vacibliyini vurğulayıb.
R. Həsən konfrans çərçivəsində bir sıra işgüzar görüşlər keçirib.
Qeyd edək ki, ATƏT-in illik əsasda keçirdiyi İnsan ölçüsü Konfransı ATƏT məkanında insan hüquqları və fundamental azadlıqlar məsələsinə həsr edilir. Qərbi Azərbaycan İcması müntəzəm olaraq bu konfranslara qatılaraq, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsini qaldırır. İcmanın bu ilki konfrans çərçivəsində keçirdiyi yan tədbir və plenar sessiyada iştirakı Qərbi azərbaycanlıların qayıdış hüququ üzrə beynəlxalq məlumatlılığın artırılması və baxımından böyük əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Ramil Həsən: Barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət edilməlidir
Qərbi Azərbaycan İcması Kamala Harrisin açıqlamasıyla bağlı bəyanat yayıb
Həsən Həsənli UNESCO Rəqəmsal Öyrənmə Həftəsində çıxış edib
Deputat ATƏT-in iclasında Qərbi Azərbaycana qayıdışdan bəhs edib
"Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













