"Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib
sizinxeber.az xəbər saytı

"Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib


"Hizbullah" Şeyx Həsən Nəsrullahın öldürüldüyünü rəsmən təsdiqləyib.

Sizinxeber.az xəbər verir ki, bu barədə "Hizbullah" bəyanat yayıb.

Məlumatda, həmçinin bildirilib ki, "Hizbullah" İsraila qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, əvvəl yayılmış məlumatlarda Həsən Nəsrullahın İsrailin dünən Livanın paytaxtı Beyrutu bombalaması nəticəsində öldürüldüyü bildirilmişdi.
Bombardmanda Nəsrullahın qızı Zeynəbin və "Hizbullah"ın daha bir neçə yüksək vəzifəli üzvünün öldürüldüyü də açıqlanmışdı.

Həsən Nəsrullah 1992-ci ildən "Hizbullah"a rəhbərlik edirdi.

Oxşar xəbərlər

Livan "Hizbullah"ının liderinin qızı bombardmanda ölüb
Hizbullah üzvü İsrailin zərbələri zamanı öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər