Ceyhun Bayramov və Leonid Anfimov Azərbaycanla MDB arasında əməkdaşlığı müzakirə edib
Sentyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə seçkilərdən irəli gələn məsələlər müzakirə olunub.
Nazir Azərbaycanda suverenliyin bərpasından sonra 1 sentyabr tarixində keçirilən ilk Parlament seçkilərinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı atılan addımlar barədə məlumat verib.
MDB Baş katibinin birinci müavini Leonid Anfimov Prezident seçkilərində olduğu kimi, bu Parlament seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun təşkil olunmuş seçkilərin azad və şəffaf şəkildə təşkil olunduğunu bildirib. Seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verən nümayəndə, Parlament seçkilərinin təşkilatın Azərbaycanda müşahidə etdiyi sayca 12-ci seçki olduğunu diqqətə çatdırıb. Ümumilikdə 133 nəfərdən ibarət MDB missiyasının sayca ikinci ən böyük missiya olduğunu, burada təmsil olunmuş çoxsaylı müşahidəçilərin bütün ölkə ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərdə seçkilərin uğurla təşkil edildiyinin şahidi olduqlarını vurğulayıb və buna görə ölkəmizə təbriklərini çatdırıb.
Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Azərbaycan XİN rəhbəri Malayziya Senatının sədr müavini ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın nümayəndə heyəti parlament seçkilərinə hazırlıq prosesi barədə məlumatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov ATƏT DTİHB Müşahidə Missiyasının rəhbərini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB Parlamentlərarası Assambleyasının nümayəndəsi: Seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımı tədbirlər görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












