Elnur Məmmədov İƏT üzvlərini COP29-da Azərbaycan nümayəndəliyinin prioritetləri barədə məlumatlandırıb
sizinxeber.az xəbər saytı

Elnur Məmmədov İƏT üzvlərini COP29-da Azərbaycan nümayəndəliyinin prioritetləri barədə məlumatlandırıb


Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərlə əməkdaşlıq perspektivlərini müzakirə edib.

"Sizinxeber.az" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, E.Məmmədov Nyu-Yorkda İƏT Nazirlər Şurasının 26-cı qeyri-rəsmi iclasında iştirak edib.

“Xarici işlər nazirinin müavini Azərbaycanın İƏT çərçivəsində fəal iştirakı və təşəbbüsləri, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, İKT, turizm, rabitə, ətraf mühitin qorunması sahələrində əməkdaşlıq perspektivləri, həmçinin Azərbaycanın COP29-da sədrliyi barədə məlumat verib”, - məlumatda bildirilib.

Oxşar xəbərlər

Elnur Məmmədov 5-ci Xəzər Biznes Forumunda Azərbaycanın COP29-a hazırlığı barədə danışıb
Xarici işlər nazirinin müavini 5-ci Xəzər Biznes Forumunda çıxış edib
Elnur Məmmədov: Münaqişədən sonrakı dövrdə normallaşma prosesinə Ermənistanın təxribatçı addımları mane olub
Azərbaycan səfiri Türkiyənin XİN başçısının müavini ilə ATƏT çərçivəsində əməkdaşlığı müzakirə edib
Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle