Elnur Məmmədov: Münaqişədən sonrakı dövrdə normallaşma prosesinə Ermənistanın təxribatçı addımları mane olub
Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesinə Ermənistanın təxribatçı addımları mane olub.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Kamerun paytaxtı Yaunde şəhərində кеçirilən 50-ci sessiyasında deyib.
O bildirib ki, Azərbaycan regionda davamlı sabitliyi təmin edəcək, tamhüquqlu regional normallaşma və əməkdaşlığa yol açacaq sülh və dövlətlərarası münasibətlərin bərqərar olması üçün fəal şəkildə çalışır:
"2020-ci ildə silahlı münaqişənin başa çatması hər iki ölkə üçün onilliklər boyu davam edən düşmənçiliyin nəticələrini aradan qaldırmaq və mehriban qonşuluq münasibətləri qurmaq üçün unikal imkan yaradıb".
Nazir müavini Azərbaycanın təşəbbüs göstərdiyi və Ermənistana təklif etdiyi normallaşma prosesinə tam sadiqliyini də vurğulayıb.
Oxşar xəbərlər
Elnur Məmmədov İƏT Xarici İşlər Nazirləri Şurasının Yaundedə keçirilən 50-ci sessiyasında Azərbaycanı təmsil edib
Elnur Məmmədov İƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
