Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb
Sentyabrın 25-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın bütün spektri üzrə dinamik inkişafın təmin edilməsində dövlət başçılarının əsas rolu bildirilib.
Bildirilib ki, iki ölkənin Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində, o cümlədən təcrübə mübadiləsi və təlimlərin keçirilməsi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri yaradılıb.
Azərbaycan və Belarus Fövqəladə Hallar Nazirliyi arasında 2006-cı il tarixli Əməkdaşlıq Sazişinin həyata keçirilməsi üzrə 2025–2027-ci illər üçün Kompleks Tədbirlər Planının bu ilin iyun ayında imzalanmasının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib, yanğınsöndürmə texnikasının tədarükü məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb - VİDEO
Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri ilə görüşüb - VİDEO
Kəmaləddin Heydərov Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb - VİDEO
Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb
FHN: Ötən sutka 66 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













