Kəmaləddin Heydərov Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb - VİDEO
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
FHN-də keçirilən görüşdə qonaqları səmimi salamlayan nazir K.Heydərov ölkələrimizin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan və Türkiyə arasında hərtərəfli əlaqələrin ən yüksək səviyyəyə çataraq, strateji müttəfiqlik müstəvisində uğurla inkişaf etdiyini qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən, o cümlədən meşə yanğınları ilə mübarizə sahəsində görülən işlərdən ətraflı bəhs edən nazir Kəmaləddin Heydərov iki qurum arasında meşə yanğınlarının qarşısının alınması üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Səmimi görüşə görə təşəkkür edən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ölkələrimiz arasında mövcud strateji münasibətlər çərçivəsində qardaş ölkədə baş vermiş meşə yanğınları ilə əlaqədar Azərbaycan tərəfindən göstərilən yüksək dəstəyə görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə geniş məlumat verən türkiyəli nazir müvafiq sahədə əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.
Görüşdə qarşılıqı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb - VİDEO
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib
Nazir Kəmaləddin Heydərov rusiyalı həmkarına başsağlığı verib
Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb - VİDEO
FHN: Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













