Sizinxeber.az » Siyasət » Xarici siyasət » Heydər Məmmədov: 30-dan çox ölkənin Baş prokuroru Bakıdakı konfransda toplaşacaq

Heydər Məmmədov: 30-dan çox ölkənin Baş prokuroru Bakıdakı konfransda toplaşacaq

30-dan çox ölkənin Baş prokuroru Bakıdakı konfransda toplaşacaq

"Sizinxeber.az" xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında İllik Konfransı və Ümumi Yığıncağı dünyanın müxtəlif ən aparıcı dövlətlərinin şəhərlərində keçirilir:

"Təşkilatın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 28 sentyabr-2 oktyabr tarixlərində paytaxt Bakı şəhərində keçirilməsi dövlətimiz üçün müstəsna tarixi əhəmiyyətə malik olub. Müxtəlif ölkələrin Baş prokurorları və digər yüksək vəzifəli şəxsləri də daxil olmaqla 95 ölkədən 465-dən artıq iştirakçı və onları müşayiət edən 40 nəfərdən çox ailə üzvləri qeydiyyatdan keçib".

Azərbaycanda tədbirin beynəlxalq əlaqələndirmə platforması olduğunu bildirən Heydər Məmmədov 30-dan çox dövlətin Baş prokurorlarının, 20-dən çox dövlətin məhkəmə-hüquq sisteminin müxtəlif qurumları və nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin də iclasa qatılacağını vurğulayıb:

H.Məmmədov qeyd edib ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının çoxsaylı qlobal və regional təşəbbüslərdə fəal iştirak edir, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə kompleks işlər görülür:

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 zamanı da qurum tərəfindən “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil ediləcək".

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !