Azərbaycan Ombudsmanı və UNICEF arasında gələcək əməkdaşlıq müzakirə edilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında gələcək əməkdaşlıq müzakirə edilib.
Bu barədə "Sizinxeber.az"a Ombudsman Aparatından məlumat verilib.
Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva UNICEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Saca Faruq Abdullahı qəbul edib.
Görüş zamanı Müvəkkil uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib. Beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətindən danışan Ombudsman beynəlxalq təşkilatlarla, həmçinin BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini qeyd edib.
Müvəkkil Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq müvafiq sahədə görülmüş işlərdən danışıb.
S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə məlumat verərək, uşaq hüquqlarının müdafiəsi və bir sıra digər sahələrdə mandatının genişləndiyini bildirib. Ombudsman milli preventiv, habelə uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmləri çərçivəsində, eləcə də yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi, məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etməsi və digər istiqamətlərdə görülən işlər haqqında da geniş məlumat verib.
Həmçinin müvəkkil azad edilmiş ərazilərdə işğal dövründə Ermənistan tərəfindən basdırılmış minaların mülki şəxslərin həyat və sağlamlığına təhlükə yaratdığını bildirib, uşaqların da minadan zərər çəkən şəxslər arasında olduğunu və onların mina təhlükəsizliyi barəsində məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə, həmçinin qurumlar arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman beynəlxalq konfransda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbinə Əliyeva Türkiyə Konstitusiya Məhkəməsinin sədrini Ermənistanın mina terroru haqda məlumatlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman Cenevrədə beynəlxalq təşkilatın sessiyasında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman Səbinə Əliyeva Fəxri mediator diplomu ilə təltif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












