ISIA-nın vitse-prezidenti: İtaliya Azərbaycanla sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək
İtaliyanın Azərbaycanla uzun müddətdir ki, həm hökumətlər, həm də qanunverici orqanlar səviyyəsində çox gözəl münasibətləri formalaşıb.
"Sizinxeber.az"un Romaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İtaliyanın Asiya üzrə İnstitutunun (ISIA) vitse-prezidenti Sercio Divina jurnalistlərə açıqlamasında deyib.
“Ticarət əlaqələrimiz güclənib, İtaliya və Almaniya faktiki olaraq Avropada Azərbaycanın aparıcı ticarət tərəfdaşlarına çevrilib. İkitərəfli əlaqələrin uğurla inkişaf etdiyi sənaye, kənd təsərrüfatı, mühəndislik sahələrində şirkətlərimiz arasında çox yaxşı əməkdaşlıq mövcud olub”, - o qeyd edib.
S.Divina İtaliyanın milli enerji təhlükəsizliyinin təmin edilməsi baxımından ölkə üçün strateji layihəyə çevrilən Trans-Adriatik Qaz Boru Kəmərini (TAP) xüsusilə vurğulayıb.
“Düşünürəm ki, böyük layihələrin planlaşdırılmasında, həm də həyata keçirilməsində əməkdaşlıq edəcəyimiz Orta Dəhlizin inkişafını nəzərə alaraq, birlikdə fəaliyyət göstərməyə davam edəcəyik. Beləliklə, İtaliya və Azərbaycan sıx əməkdaşlıq edir və bundan sonra da edəcək”, - vitse-prezident bildirib.
Oxşar xəbərlər
Azərbaycan-İtaliya Ticarət Palatasının rəhbəri: İtaliya Qarabağın yenidən qurulmasında iştirak edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Romaya işgüzar səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada işgüzar səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Andrey Yatskin: Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq fəaliyyət istiqamətlərimizdən biridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












