Baş katib: Bu seçkilər Azərbaycanda seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi
sizinxeber.az xəbər saytı

Baş katib: Bu seçkilər Azərbaycanda seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi


Bu seçkilər Azərbaycanda seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi.

"Sizinxeber.az" xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının (APA) Baş katibi Məhəmməd Rza Məcidi sentyabrın 2-də növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səsvermə prosesinin tam şəkildə həyata keçirilməsi üçün bütün şərait var idi:

"Beynəlxalq müşahidəçilər üçün lazımi şərait yaradılmışdı. Biz çox məmnunuq ki, APA nümayəndələri olaraq seçkilərdə iştirak etdik. Eyni zamanda Mərkəzi Seçki Komissiyasına (MSK) təşəkkür edirəm ki, beynəlxalq müşahidəçi kimi bizə lazımi şərait yaradılmışdı. Seçkiləri müşahidə etməkdə məqsədimiz seçkilərin qərəzsiz, demokratik keçirilməsini göstərmək idi. Seçki məntəqələrində seçici fəallığı var idi. MKS şəffaflığı təmin etmək üçün hər cür şərait yaratmışdı. Azərbaycanda keçirilən bu parlament seçkiləri seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi".

Oxşar xəbərlər

Pakistanlı müşahidəçi: Azərbaycanda seçicilər üçün bütün lazımi şərait yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-dan olan müşahidəçi: Azərbaycanda seçkilər demokratik prinsiplərə uyğun keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leonid Anfimov: Azərbaycanda seçkilər yüksək səviyyədə keçdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB müşahidəçilər missiyasının rəhbəri: Azərbaycanda seçkiləri izləmək üçün hər cür şərait yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər