MDB PA-dan olan müşahidəçi: Azərbaycanda seçkilər demokratik prinsiplərə uyğun keçirilib
Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri demokratik prinsiplərə uyğun keçirilib.
“Report” xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin deyib.
“Monitorinq əsasında belə qənaətə gəldik ki, Azərbaycanın bütün ərazilərində ilk dəfə keçirilən parlament seçkiləri demokratik prinsiplərə, seçki qanunvericiliyinə və ölkə Konstitusiyasına uyğun aparılıb”, - o bildirib.
Onun sözlərinə görə, MDB PA-dan seçkilərin gedişini Birliyin 6 ölkəsindən 40 müşahidəçi izləyib.
A.Yatskin əlavə edib ki, təşkilat nümayəndələri 145 seçki məntəqəsində seçkiləri izləyib, məntəqələrdə fəal və şəffaf seçkilərin keçirilməsi üçün lazımi şərait yaradıldığını vurğulayıblar: “Bütün namizədlər bərabər imkanlarla təmin edilib”.
O vurğulayıb ki, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində beynəlxalq və yerli müşahidəçilər üçün monitorinqlərin keçirilməsi üçün şərait yaradılmışdı.
Oxşar xəbərlər
MDB PA-nın koordinatoru: Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq standartlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş katib: Bu seçkilər Azərbaycanda seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın koordinatoru: Azərbaycanda müşahidəçilərin işləməsi üçün hər cür şərait yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uqandalı müşahidəçi: Seçki prosesi demokratik norma və qaydalara uyğun keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB PA-nın müşahidəçisi: Seçkilər demokratik və şəffaf şəraitdə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












