Leonid Anfimov: Azərbaycanda seçkilər yüksək səviyyədə keçdi
Azərbaycanda növbədənkənar parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait təmin edilib.
"Sizinxeber.az" xəbər verir ki, MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimov mətbuat konfransında deyib.
O qeyd edib ki, MDB-dən olan müşahidəçilər öz hesabatlarında seçki komissiyalarının əlaqələndirilmiş işini və demək olar ki, pozuntu hallarının olmamasını qeyd ediblər: “Seçki komissiyalarının sakit, yaxşı əlaqələndirilmiş işi var idi və praktiki olaraq heç bir pozuntu halı qeydə alınmayıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait təmin edilib”.
L.Anfimovun sözlərinə görə, seçki günü MDB-dən olan müşahidəçilər Azərbaycanın 16 şəhər və rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Xankəndi, Şuşa, Ağdam şəhərlərində xeyli sayda seçki məntəqələrində olublar: “Səsvermə sakit, mütəşəkkil və şəffaf şəraitdə keçib. Bəzi seçki məntəqələrində müxalifət partiyalarının nümayəndələrinin səsvermənin gedişi ilə razılaşmaması ilə bağlı ayrı-ayrılıqda insidentlər qeydə alınıb”.
Oxşar xəbərlər
Anfimov: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub
MDB müşahidəçilər missiyasının rəhbəri: Azərbaycanda seçkiləri izləmək üçün hər cür şərait yaradılıb
MDB PA-dan olan müşahidəçi: Səsvermə zamanı heç bir pozuntu halı qeydə alınmayıb
Baş katib: Bu seçkilər Azərbaycanda seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi
Milli Məclisə növbədənkənar seçkilərdə MDB missiyasına Leonid Anfimov rəhbərlik edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













