Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir
"Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir, qüvvətlənir. Prezidentlərimizin təyin etdikləri hədəflər istiqamətində irəliləyirik".
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bu gün konsulluğun iqamətgahında keçirilən Zəfər bayramı tədbirindən sonra jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, iki ölkə arasında olan dostluq, qardaşlıq dünyada örnək olan bir haldır və bu gündən-günə genişlənir.
"Biz Bakıda səfərlik, burada konsulluq olaraq əlimizdən gələn hər şeyi edirik. Azərbaycan Qarabağda böyük zəfər əldə etdi və bu zəfər 100 illər boyu qeyd ediləcək. Buna bütün Türkiyə olaraq inanırıq. Bu il Naxçıvan üçün də önəmli bir ildir, 100 illik yubileyini qeyd edir. Bu münasibətlə bütün Naxçıvan camaatını təbrik edirəm. Türkiyə olaraq keçmişdə olduğu kimi bu gün də, gələcəkdə də Naxçıvanın yanında olacağıq. Buranın iqtisadiyyatının genişlənməsinə böyük dəstək göstərəcəyik. Buradakı qurumlarla yaxın işbirliyində birlikdə çalışırıq, əlimizdən gələn hər şeyi edirik. Gələcəkdə Naxçıvan üçün böyük layihələr həyata keçirəcəyik, buna inanıram. İnşallah, Türkiyə, Azərbaycan daha da güclənəcək, daha gözəl günlər bizi gözləyir. 30 avqust Zəfər bayramımızı bugün iqamətgahımızda böyük coşqu ilə qeyd etdik. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli başda olmaqla, Naxçıvanın baş naziri, nazirləri və digər dövlət təşkilatlarının rəhbərləri, hökumət nümayəndələri bayram gününü bizimlə birgə qeyd etdilər. Dəvətimizi qəbul edib gələn bütün qonaqlara təşəkkür edirəm. Atatürkün türk qapısı olaraq qiymətləndirdiyi qədim türk diyarı Naxçıvanda Zəfər bayramını qeyd etmək bizim üçün böyük xoşbəxtlikdir" - deyən Asip Kaya vurğulayıb ki, 30 avqust Türkiyə tarixində böyük bir zərərdir.
"Bu zəfəri qazandıqdan sonra Türkiyə cümhuriyyəti zəfər əldə etməklə yanaşı, həm də cümhuriyyətin təməllərini atdı. Bu zəfər bütün xalqlar üçün bir qığılcım oldu və bir çox müstəmləkə olan millətlər azadlıq uğrunda mübarizə aparıb qalib gəldilər. Bu mənada 30 avqust tək Türkiyə üçün yox, dünya bir çox millətlər üçün anlamlı bir gündür".
Oxşar xəbərlər
Türkiyənin Zəfər bayramı münasibətilə bu ölkənin Naxçıvandakı Baş Konsulluğunda tədbir keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Həsənov: Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin İğdır şəhərində “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












