Zakir Həsənov: Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atılır
Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində son dərəcə önəmli addımlar atılır.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda təşkil olunan tədbirdə söyləyib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin milli bayramı münasibətilə təbriklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Azərbaycanla Türkiyənin hər məsələdə bir-birinin haqlı mövqeyini dəstəklədiyini deyən nazir qeyd edib ki, ordu quruculuğu sahəsində bu gün ardıcıl birgə tədbirlər həyata keçirilir.
"Bu tədbirlərimizin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə fəaliyyət regionumuzda sülh və sabitliyin qorunmasına xidmət etməkdədir. 44 günlük müharibə dövründə Azərbaycan xalqı Türkiyənin dəstəyini tam olaraq hiss edib".
Oxşar xəbərlər
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilir - FOTO
Zakir Həsənov: Türkiyə ilə fəaliyyətimiz bölgədə sülh və sabitliyin qorunmasına xidmət edir
Türkiyənin Zəfər bayramı münasibətilə bu ölkənin Naxçıvandakı Baş Konsulluğunda tədbir keçirilir - FOTO
Səfir: Türkiyənin müdafiə sənayesinin istehsal həcmi 90 milyard dollar təşkil edir
Zakir Həsənov və Yaşar Güler əməkdaşlıq və regional təhlükəsizliyi müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













