Şvabenin qərəzli mövqeyi Qərb, xüsusilə də Brüsselin Azərbaycana qarşı oyununun tərkib hissəsidir - RƏY
Almaniya Parlamentinin üzvü Frank Şvabenin qərəzli mövqeyi Qərb, xüsusilə də Brüsselin Azərbaycana qarşı oyununun tərkib hissəsidir.
Bunu "Report"a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Şvabenin Azərbaycanın Avropa Şurasında (AŞ) üzvlükdə maraqlı olmadığına və guya bu təşkilatın təbliğ etdiyi dəyərlərə sadiq olmamasına dair ittihamlarının heç bir əsası yoxdur:
"Şvabe yenə qərəzindən əl çəkmir. Bu qərəzli mövqe, əslində, Qərb, xüsusilə də Brüsselin Azərbaycana qarşı oyununun tərkib hissəsidir. Fransa və Almaniya Şvabe kimi təlxəklərdən istifadə edir".
K.Nurullayeva vurğulayıb ki, bu aqressiyanın kökündə Prezident İlham Əliyevin əldə etdiyi tarixi qələbə dayanır:
"Erməni havadarları sadəcə bu böyük qələbəni həzm edə bilmirlər. Çünki onların əsas niyyəti Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılmasına nail olmaq idi. Amma Azərbaycan 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları ilə bu məkrli oyunu pozdu. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz böyük layları tərpətdik. Ona görə də Azərbaycana təzyiqlər artıb. Təbii ki, bu təzyiqlər heç bir nəticə vermir və verməyəcək".
Müsahib vurğulayıb ki, Ermənistanın silahlandırılması, forposta iqtisadi dəstəyin artırılması, əslində, Azərbaycanın qələbəsinə, uğurlarına verilən reaksiyadır:
"Qərb unutmamalıdır ki, Azərbaycanın legitim maraqları nəzərə alınmadan Cənubi Qafqazda heç nəyə nail olmaq mümkün deyil.
Şvabenin sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidəçi kimi dəvət olunmaması ilə bağlı sərsəmləmələri Azərbaycana qarşı qərəzli və riyakar siyasətlə bağlıdır".
Oxşar xəbərlər
XİN: AŞPA-da nümayəndə heyətimizin əleyhinə səs vermiş şəxslərin Azərbaycana səfərinə icazə verilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş şəxslər, o cümlədən Şvabe “arzuolunmaz şəxslər” siyahısına salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ayxan Hacızadə: Şvabenin Azərbaycanın siyasi rəhbərliyinə qarşı səsləndirdiyi fikirlər ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: AŞPA-da nümayəndə heyətimizin əleyhinə səs vermiş şəxslərin ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma AŞPA-da təmsil olunan qüvvələrdən Azərbaycana qarşı ayrı-seçkiliyə son qoymağı tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












