Boneyralı hüquq müdafiəçisi: Niderland öz dilimizdə danışmaq hüququmuzu əlimizdən alır
sizinxeber.az xəbər saytı

Boneyralı hüquq müdafiəçisi: Niderland öz dilimizdə danışmaq hüququmuzu əlimizdən alır


"İstənilən ölkədə baş verən demokratik dəyişikliklər müsbət qarşılanmalı, xalqların azadlıq və müstəqillik hüquqlarına beynəlxalq səviyyədə hörmət göstərilməlidir".

APA-nın məlumatına görə, bunu insan hüquqları müdafiəçisi Ceyms Finis Bakı Təşəbbüs Qrupu və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının təşkil etdiyi “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, Niderland xalqının həyata keçirdiyi siyasət nəticəsində boneyralıların öz dilində danışmaq hüququ əllərindən alınır:

"Bu gün belə bir konfransın Bakıda təşkil olunması onu göstərir ki, biz müstəqillik uğrunda həqiqətən qəti mübarizə aparırıq. Bəs adamızda insanların sayı niyə azalır? Çünki xalqımız təzyiqlərlə üzləşir və nəticədə immiqranta çevrilirlər. Bizim uşaqlarımız öz doğma dillərində təhsil hüququndan məhrum edilib. Niderland hökuməti fundamental hüquqlarımızdan olan ana dilində təhsil hüququnu və digər fundamental hüquqlarımızı əlimizdən almağa cəhd göstərməkdədir".

Oxşar xəbərlər

Boneyralı hüquq müdafiəçisi: Niderland öz dilimizdə daşımaq hüququmuzu əlimizdən alır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Boneyra Hərəkatının lideri: Niderland səsimizi boğmaq üçün qanunları istədiyi kimi dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnsan hüquqları fəalı: Boneyra xalqı ana dilində danışmaqdan məhrum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər