Səfir: Birləşmiş Millətlər kolonializmlə mübarizə aparır
İlk növbədə siz öz ərazi bütövlüyünüzə və məqsədinizə köklənməlisiniz. Bu, böyük bir mübarizədir. Ölkələrin öz azadlıqları uğrunda mübarizəyə ehtiyacı var. Bakı Təşəbbüs Qrupu bu istiqamətdə böyük işlər görür. Biz işçilərin hüquqlarının müdafiəsi uğrunda mübarizə aparırıq. Birləşmiş Millətlər kolonializmlə mübarizə aparır.
"Report" xəbər verir ki, bunu Belizenin BMT-dəki səfiri Karlos Fuller Bakı Təşəbbüs Qrupunun (BTQ) ofisində jurnalistlərə açıqlamasında deyib.
"Biz 1981-ci ildə müstəqilliyə nail olmuşuq. Müstəqillik qazanmağa çalışmaq çox uzun, əzmkarlıq və əsas prinsiplərinizin nə olduğunu göstərməli olduğunuz bir mübarizədir. Belində həmişə xalqın öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyünü bərpa etməsi əsas məqsəd olub. Ancaq bu olduqca çətin proses idi. Çünki siz insanları mübarizənizə qoşulmağa məcbur etməlisiniz. Sonra siz beynəlxalq ictimaiyyətin tam dəstəyini almaq üçün bütün dünyaya səsinizi çatdırmalısınız", - o bildirib.
Səfir söyləyib ki, bu, bir növ marafondur və müstəqillik istəyən ölkələr bunu nəzərə almalıdır: "Boneyre xalqının öz müqəddəratını təyin etmək hüququ uğrunda apardıqları mübarizəni dünyaya çatdırmaq lazımdır. Müstəqilliyə nail olmaq üçün bizə 1981-ci ilə qədər vaxt lazım idi. Biz şimaldakı qonşularımızı razı salmalı olduq. Panama, Karib ölkələri də bizə qoşuldu və biz daha geniş ictimaiyyətə mesajı çatdırdıq, Avropanı, Afrikanı, Şərqi Asiya ölkələrini cəlb etdik. Dünyanın bütün bu ölkələri bizim müstəqillik uğrunda mübarizəmizi dəstəkləyir. Beləliklə, bu, bizə Birləşmiş Millətlər Təşkilatına yaxınlaşmağa və Birləşmiş Millətlər Təşkilatına üzv ola bilməyə imkan verdi".
Oxşar xəbərlər
Sabah Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Onlar yalnız öz dövlətlərinin maraqlarını müdafiə etmək üçün bir araya gəlirlər - Yakop Bisep [xfgiven_updateblue][/xfgiven_updateblue]
Boneyra nümayəndələri müstəmləkəçiliyə qarşı mübarizə ilə bağlı dünyaya müraciət edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antonio Quterreş İlham Əliyevi təbrik etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin basketbolçusu: Olimpiadadan sonra yarışa hazırlaşmaq çətin idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












