FHN rəsmisi: Səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik
Sabah səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik.
“Sizinxeber.az” xəbər verir ki, bunu jurnalistlərə açqlamasında FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin kapitanı Nizami Qəhrəmanov deyib.
“Bildiyiniz kimi qardaş Türkiyənin İzmir şəhərində meşə yanğınları baş verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşür. Təxminən 1 saat sonra təyyarəmiz İzmir hava limanında yerə enəcək. Səhər saatlarında yanğının söndürülməsinə dəstək verəcəyik”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
İlkin olaraq, FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.
Vüqar Xanlarov
Oxşar xəbərlər
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq FHN-in təyyarəsi Türkiyəyə yola salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Amfibiya təyyarəsinin kapitanı: FHN-in qrupları Türkiyəyə dəstək üçün hazır vəziyyətdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Türkiyədəki meşə yanğınları ilə əlaqədar Azərbaycanın yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb, daha 3-ü axtarışa verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Yunanıstana meşə yanğınları ilə mübarizə üçün yardım təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












