Türkiyəli nazir: Azərbaycan bizi Zəngəzur Dəhlizi ilə bağlı məlumatlandırmışdı
“Dünən sülh sazişi paraflanandan sonra azərbaycanlı həmkarım Ceyhun Bayramovla uzun telefon danışığımız olub”.
Sizinxeber.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı ilə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan tərəfi əvvəlcədən Türkiyəyə məlumat vermişdi: “Biz ümumilikdə prosesi hərtərəfli nəzərdən keçirdik. Zəngəzur dəhlizini də müzakirə etdik. Strategiyamızdakı Zəngəzur dəhlizi layihəsi həyata keçərsə, Avropadan başlayıb Asiyanın dərinliklərinə qədər birbaşa gedən bir nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsi olacaq. Bu, Türkiyəni Qafqaz regionu, Xəzər dənizi üzərindən sadəcə Mərkəzi Asiyaya yox, birbaşa türk dünyasına bağlayacaq, türk dünyasını isə Türkiyə üzərindən Avropaya bağlayacaq, Avropanı isə Türkiyə üzərindən Asiyanın dərinliklərinə bağlayacaq”.
Oxşar xəbərlər
Türkiyəli nazir: Zəngəzur dəhlizi ilə bağlı proseslər davam edir
Türkiyəli nazir: Zəngəzur dəhlizinin açılması Azərbaycanla ticarət həcmini artırmağa kömək edəcək
Zəngəzur dəhlizi ilə bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq
Hakan Fidan misirli həmkarı Bədr Abdulati ilə görüşüb
Hakan Fidan: Türkiyə ABŞ-ın Azərbaycan-Ermənistan sülh danışıqlarına töhfəsini təqdir edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
