The Washington Post: Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək
sizinxeber.az xəbər saytı

The Washington Post: Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək


ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, bu görüş prezident Trampın beynəlxalq münaqişələrin həllinə vasitəçilik səylərinin növbəti nümunəsidir.

Görüşün məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir.

Rəsmilərdən biri cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Trampla ayrıca görüşünün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, hər iki ölkənin liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparıblar.

Oxşar xəbərlər

"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Ermənistan İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşünü uğurlu hesab edir
Tramp Putinin atəşkəslə bağlı qərarını alqışlayıb
Prezident İlham Əliyev və Donald Tramp arasında telefon danışığı baş tutub
Nikol Paşinyanın keçmiş müşaviri Gürcüstana buraxılmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər