Beynəlxalq ekspert: Rusiyada azərbaycanlılara qarşı zorakılıq Stalin repressiyalarını xatırladır
Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığı Sovet İttifaqı dövründə Stalin repressiyalarını xatırladır.
Bunu "Report"a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.
Onun sözlərinə görə, bu təcavüz aktları dərin hiddət və ciddi narahatlıq doğurur; Yekaterinburq faktiki olaraq anti-Azərbaycan əhval-ruhiyyəsinin mərkəzinə çevrilib.
"Ədalət bəhanəsi ilə törədilən bu cür hərəkətlər getdikcə daha çox tarixin qaranlıq səhifələrini - Stalin rejiminin Azərbaycan xalqına qarşı repressiyalarını xatırladır. Sovet rejiminin dəhşətli cinayətlərinin kulminasiya nöqtəsi 1990-cı il 20 Yanvar faciəsi, silahsız mülki əhalinin Bakıda gülləbaran edilməsi idi. Otuz beş il sonra indiki Rusiya rejiminin törətdiyi bu düşmənçilik hərəkətləri bizə bir daha Azərbaycanın nəcib xalqına qarşı qəddar sovet rejiminin cinayətlərini xatırladır”, - P. Teys vurğulayıb.
Ekspert qeyd edib ki, bu hadisələr fonunda Rusiya tərəfinin Azərbaycanla “strateji tərəfdaşlıq”dan danışması reallıqla heç bir əlaqəsi olmayan fars kimi görünür.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, “bu yolverilməz zorakılıq aktı”na görə təqsirli bilinən şəxslərin istintaqa cəlb edilməsini və məsuliyyətə cəlb olunmasını tələb edib. Bundan sonra Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və hadisə ilə bağlı ona sərt etiraz edilib.
Oxşar xəbərlər
Elman Nəsirov: Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, amma zərbələr alır
Piter Teys: Fransa olimpiadada onsuz da sarsılmış imicini itirir
Aygün Attar: Faşist Putin hakimiyyətini pisləyirik
"Haber Global"da Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliklərlə bağlı müzakirələr təşkil edilib
Latviya Seyminin deputatı: 1990-cı ildə Bakıda törədilmiş qırğın SSRİ-nin dağılması üçün mühüm katalizator oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












