Latviya Seyminin deputatı: 1990-cı ildə Bakıda törədilmiş qırğın SSRİ-nin dağılması üçün mühüm katalizator oldu
sizinxeber.az xəbər saytı

Latviya Seyminin deputatı: 1990-cı ildə Bakıda törədilmiş qırğın SSRİ-nin dağılması üçün mühüm katalizator oldu


1990-cı ilin yanvarında Bakıda törədilmiş qırğın SSRİ-nin dağılması üçün mühüm katalizator oldu.

Bunu "Sizinxeber.az"un Şərqi Avropa bürosuna Latviya Seyminin deputatı Roman Naudinş bildirib.

Onun sözlərinə görə, buna Sovet hökumətinin ittifaqa üzv ölkənin xalqına qarşı qeyri-insani rəftarı səbəb oldu:

"Bakıdakı 20 Yanvar qırğını Sovet hökumətinin dinc əhalinin, o cümlədən qadın və uşaqların həyatına qəsd etməsinin ən bariz nümunəsi, Kremlin öz vətəndaşlarına münasibətinin tarixi sübutudur. Azərbaycan bu hadisələrə öz ədalətli qiymətini verdi və beynəlxalq ictimaiyyət də eyni qiyməti verməlidir. Azərbaycanlılar həmin dövrdə də, ondan sonra da suverenlik uğrunda əsl mübarizlik nümunəsi göstərdilər".

"Sovet hökuməti isə növbəti dəfə əlini azərbaycanlıların qanına batırdı. Ona görə qara Yanvar cinayətlərini susdurmaq olmaz", - deputat əlavə edib.

Oxşar xəbərlər

Ukraynalı deputatlar: Bakıda yanvar qırğını heç vaxt təkrarlanmamalı olan dəhşətli hadisədir
Qanlı yanvar gecəsi - müstəqilliyə gedən yol böyük zəfərlə başa çatdı - RƏY
Adil Əliyev: “20 Yanvar xalqımızın qürur tarixidir”
Ombudsman: 20 Yanvar cinayətinə hələ də hüquqi qiymət verilməyib, törətmiş şəxslər məsuliyyətdən kənarda qalıblar
Türkmənistandakı səfirlik: 20 Yanvar – Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər