sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.
"Sizinxeber.az" xəbər verir ki, qanun layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.
2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib.
Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 % və 3,5 % çoxdur.
Son nəticədə ötən il büdcədə 555,5 milyon manat və yaxud ümumi daxili məhsulun 0,4 %-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37,1% azdır.
Oxşar xəbərlər
Azərbaycanın dövlət büdcəsində 2,5 milyard manatdan çox profisit yaranıb
Azərbaycanın dövlət büdcəsinin profisiti 5 %-dən çox artıb
Azərbaycanın 2025-ci il üçün büdcəsi daha 40 milyon manat artırılıb
Azərbaycanın dövlət büdcəsində 3,5 milyard manata yaxın profisit yaranıb
Azərbaycanın icmal büdcəsinin profisiti 2 dəfə azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













