Milli Məclis "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş bəyanatı qəbul edib - YENİLƏNİB
Milli Məclis "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş bəyanatı qəbul edib.
“Report” xəbər verir ki, layihə parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirilən xüsusi iclasında müzakirə olunub.
Bəyanatın mətnini deputat Bəhruz Məhərrəmov oxuyub.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyulub və yekdilliklə qəbul edilib.
Milli Məclis “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi xüsusi iclasda bəyanat qəbul edəcək.
“Report” xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü xüsusi iclasında məlumat verib.
O qeyd edib ki, bəyanat iclasın yekununda qəbul ediləcək.
Xatırladaq ki, qanunverici orqanın bu gün keçirilən xüsusi iclası “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
Oxşar xəbərlər
Milli Məclis Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı bəyanat qəbul edəcək
Parlamentin növbəti iclasının vaxtı bilinib
MM-in “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasının vaxtı müəyyənləşib
Sabah Milli Məclisin Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçiriləcək
Milli Məclisin "Konstitusiya və Suverenlik İli” ilə əlaqədar bəyanatı qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













