Milli Məclisin "Konstitusiya və Suverenlik İli” ilə əlaqədar bəyanatı qəbul edilib
Milli Məclisin "Konstitusiya və Suverenlik İli” ilə əlaqədar bəyanatı qəbul edilib.
APA-nın xəbərinə görə, bəyanat parlamentin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında qəbul olunub.
Bəyanatda deyilir:
“1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoyduqdan sonra milli təhlükəsizliyin qorunmasında, idarəetmədə yol verilən səhvlər ölkəni böhran vəziyyətinə salmışdı. Ölkəmizdə real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışı sabitliyin və hüquq qaydasının təminində, Azərbaycanın davamlı inkişaf yoluna keçməsində müstəsna rol oynayıb. Ulu öndərin rəhbərlik etdiyi Komissiya tərəfindən müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanması müasir Azərbaycan tarixində taleyüklü hadisələrdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclü dövlətə çevrilib. Ardıcıl siyasi, hüquqi islahatlar yolu ilə daxili sabitlik təmin edilib, dövlət idarəçiliyi inkişaf etdirilib. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğalına son qoyulması Cənubi Qafqazda siyasi vəziyyəti birdəfəlik dəyişib. Bu gün Azərbaycan öz inkişafının yeni quruculuq dövrünə qədəm qoyub".
Oxşar xəbərlər
Spiker: Konstitusiyamız dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlər keçiriləcək
FHN-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər keçirilib
Konstitusiya Məhkəməsinin hakimi: Konstitusiya islahatları hər xalqın müstəqil hüququdur
Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
