sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
MM “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi son oxunuşda təsdiqləyib
“Daşınar əmlakın yüklülüyü haqqında” qanuna təklif edilən dəyişikliklər son oxunuşda təsdiqlənib.
“Report” xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir. Həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunur.
Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.
Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
“Daşınar əmlakın yüklülüyü haqqında” qanuna təklif olunan dəyişiklik ilk oxunuşda qəbul edilib
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması qaydası dəyişir
Bələdiyyələrin qrant alması ilə bağlı dəyişiklik I oxunuşda təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
