Milli Məclisdə elmi-kütləvi ədəbiyyatların tərcüməsi və nəşri ilə məşğul olanlara pul ayrılması təklif edilib
Azərbaycanda elmi-kütləvi ədəbiyyatların tərcüməsi və nəşri ilə məşğul olanlara pul ayrılması təklif edilib.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, Ali Attestasiya Komissiyasında müdafiə edənlərin 90 faizi humanitar elmlər, filologiya sahəsindəndir:
“Məsələn, təbiət elmlərindən cüzi sayda müdafiə var. Bu sahəyə diqqət ayrısaq, insanları buraya yönəltmək olacaq”.
Komitə sədri həmçinin bildirib ki, ordunun da əsas bazası savadlı insanlardan, mütəxəssislərdən ibarət olmalıdır:
“Bunun üçün də ölkədə həm təhsil sistemi, həm də universitet mexanizmi o dərəcədə güclü olmalıdır ki, ordumuz üçün də keyfiyyətli mütəxəssislər hazırlaya bilək”.
Oxşar xəbərlər
Fazil Mustafa: Küçədə dilənçilik edən uşaq dərhal valideynindən alınmalıdır
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI
MSK sədrinin müavinləri və katiblərinə diplomatik pasport verilməsi təklif olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
