Ailə münaqişəsini yatırmağa çalışan jandarma öldürüldü » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
iy
2026
19:53
ff

Ailə münaqişəsini yatırmağa çalışan jandarma öldürüldü

11 iy, 2026
19:53
284

Ailə münaqişəsini yatırmağa çalışan jandarma öldürüldü

Türkiyənin Əskişəhər vilayətinin Mihalıççık rayonunda ailə münaqişəsi zəminində baş verən davanı yatırmaq üçün əraziyə yollanan jandarma zabiti çavuş Mehmet Dəmirbaş silahlı hücum nəticəsində öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, hadisə rayona bağlı Narlı məhəlləsində baş verib.

Belə ki, şübhəli İbrahim G. ailəsi ilə mübahisə etdikdən sonra havaya ov tüfəngi ilə atəş açmağa başlayıb.

Daha sonra İbrahim G. onunla danışmağa çalışan jandarma heyətinə və Narlı məhəlləsinin bələdiyyə nümayəndəsi Mutlu Şahinə atəş açıb.

Yaralanan jandarma çavuşu Mehmet Dəmirbaş, tibbi müdaxiləyə baxmayaraq, xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bundan başqa, bələdiyyə nümayəndəsi və digər bir jandarma zabiti də yaralanıb.

İbrahim G. isə şübhəli şəxs qismində saxlanılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul