sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
MSK sədrinin müavinləri və katiblərinə diplomatik pasport verilməsi təklif olunur
Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavinləri və katiblərinə diplomatik pasport verilməsi təklif edilib.
“Sizinxeber.az” xəbər verir ki, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, ali seçki orqanı ilə bağlı bu məsələ uzun illərdir unudulur:
“MSK yeganə qurumdur ki, sədrdən başqa, müavinlər və katiblər üçün diplomatik pasport verilməsi nəzərdə tutulmur. Onlar uzun illərdir xarici ölkələrə səfər edirlər. Bu, çox ciddi bir məsuliyyətdir. Onların əməkdaşlarına heç bir sosial imtiyaz nəzərdə tutulmayıb”.
Oxşar xəbərlər
PA şöbə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək
Diplomatik pasport əldə edəcək subyektlərin dairəsinin genişləndirilməsi ilk oxunuşda qəbul edilib
Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad edilib
Şimali Makedoniya Prezidenti Azərbaycanla diplomatik pasport sahibləri üçün vizanın ləğvini təklif edib
Azərbaycan və Maldiv diplomatik, xidməti və rəsmi pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













