Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?
Vladimir Zelenski Ukrayna prezidenti seçiləndən bəri Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfərlər edib. Bu, onun Azərbaycanla strateji tərəfdaşlığa verdiyi əhəmiyyətindən irəli gəlir.
Sizinxeber.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna lideri Vladimir Zelenskinin ötən gün Qəbələyə səfəri haqda qeyd edib.
“Vladimir Zelenskinin Qəbələdə səsləndirdiyi “Rusiya ilə növbəti danışıqları Azərbaycanda aparmağa hazırıq” təklifi bu siyasətin tərkib hissəsidir. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı ilə əməkdaşlığı dərinləşdirmək siyasətinə sadiqdir. Bunu prezidentlərin 4 il ərzində 7 dəfə görüşü sübut edir.
Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımını, enerji əməkdaşlığını, o cümlədən müharibədə valideynlərini itirən ukraynalı uşaqların Azərbaycanda reabilitasiya olunmasını yüksək qiymətləndirir. Ukrayna lideri buna görə azərbaycanlı həmkarına hər dəfə minnətdarlığını bildirir. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi də hər zaman diqqət mərkəzindədir”, - o bildirib.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Zelenskinin təklifini müsbət qiymətləndirib və Azərbaycanın danışıqlar üçün optimal yer olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Zelenski: Rusiya ABŞ vasitəsilə Ukrayna ilə ikitərəfli görüş tələb edib
Volodimir Zelenski: Rusiya razı olsa, danışıqları Azərbaycanda keçirə bilərik
Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Zelenski: Bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə Azərbaycana səfəri nəzərdə tutulub
Tramp: Putin və Zelenski dil tapa biləcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
