12
iy
2026
14:15
yuxarı
İsrail ən böyük dostunu itirdi - Ben-Qvir
İsrail ən böyük dostunu itirdi - Ben-Qvir
Bu gün İsrail ən böyük dostlarından birini itirib.
Axar.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir özünün X səhifəsində yazıb.
“Senator Lindsi Qrehem asan olduğuna görə deyil, haqlı olduğuna inandığı üçün İsrailin yanında idi. Onun sarsılmaz dəstəyi, cəsarəti və mənəvi aydınlığı milyonlarla israilli tərəfindən heyranlıqla qarşılandı”, - o bildirib.
Qeyd edək ki, amerikalı respublikaçı senator Lindsi Qrehem 71 yaşında ölüb.
