Volodimir Zelenski: Rusiya razı olsa, danışıqları Azərbaycanda keçirə bilərik
sizinxeber.az xəbər saytı

Volodimir Zelenski: Rusiya razı olsa, danışıqları Azərbaycanda keçirə bilərik


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin razılığı olacağı təqdirdə danışıqlar mərhələsinin Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.

"Report"un məlumatına görə, bunu Ukrayna Prezidenti Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra bəyanatında deyib.

"Biz Azərbaycan Prezidentinə bildirdik ki, üçtərəfli danışıqlara hazırıq. Belə danışıqlar Türkiyədə olub. Sonradan amerikalı tərəfdaşların iştirakı ilə İsveçrədə danışıqlar baş tutub. Təbii ki, biz Rusiyanın diplomatiyaya hazır olacağı təqdirdə yaxın zamanlarda belə danışıqların Azərbaycanda keçirilməsinə hazırıq", - o qeyd edib.

Oxşar xəbərlər

Zelenski: ABŞ ilə sülh planının müzakirəsindən sonra Rusiya ilə danışıqlar aparmağa hazıram
Zelenski: Rusiya ABŞ vasitəsilə Ukrayna ilə ikitərəfli görüş tələb edib
Volodimir Zelenski: Rusiya danışıqlara hazır deyil
Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb
Ukrayna Prezidenti: Rusiya İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər