Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB


Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

"Report" xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, Ukrayna Prezidentinin Azərbaycana bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.

Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulanıb.

Prezident İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub.

"Report" xəbər verir ki, görüş Qəbələdə keçirilib.

Oxşar xəbərlər

Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər