Azərbaycan və Türkiyə prezidentləri Cənubi Qafqazla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkiyə prezidentləri Cənubi Qafqazla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB


Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.

Sizinxeber.az xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.

Dövlətimizin başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib.

Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

***

12:47

Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.

Bu barədə Sizinxeber.az-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir.

***

12:36

Bu dəqiqələrdə Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilir.

Bu barədə Sizinxeber.az-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir.

Oxşar xəbərlər

Antalyada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb - YENİLƏNİB
Bişkekdə Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub - YENİLƏNİB-1
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər