Abdel Fattah Al-Burhan Azərbaycan liderini təbrik edib
sizinxeber.az xəbər saytı

Abdel Fattah Al-Burhan Azərbaycan liderini təbrik edib


Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ramazan bayramı münasibətilə Sizi öz adımdan və Sudan xalqı adından təbrik etməkdən böyük məmnunluq duyur və ən xoş arzularımı çatdırıram. Uca Allahdan Sizə möhkəm cansağlığı və bol ruzi-bərəkət diləyirəm.

Arzu edirəm ki, bu bayram qardaş ölkələrimizə və bütün müsəlman xalqlarına rifah, sülh, əmin-amanlıq gətirsin.

Ramazan bayramınız mübarək!

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Oxşar xəbərlər

Sudanın Suveren Keçid Şurasının Sədri İlham Əliyevə başsağlığı verib
Əlcəzair Prezidenti Azərbaycanın Dövlət Başçısını təbrik edib
Sudanın Suveren Keçid Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verib
İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərib
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər