Əlcəzair Prezidenti Azərbaycanın Dövlət Başçısını təbrik edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
mar
2025
12:50

Əlcəzair Prezidenti Azərbaycanın Dövlət Başçısını təbrik edib

31 mar, 2025
12:50
870

Əlcəzair Prezidenti Azərbaycanın Dövlət Başçısını təbrik edib

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycanın Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, Əziz Qardaşım.

Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu bayramı bizə və bütün İslam ümmətinə əmin-amanlıq, xeyir və bərəkət ilə yenidən nəsib etməsini diləyirəm.

Bu əlamətdar bayram münasibətilə qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini gücləndirmək, İslam ümmətimizin rifah və sabitlik şəraitində tərəqqisinə töhfə vermək öhdəliyinə sadiqliyimizi bir daha ifadə etmək istəyirəm.

Zati-aliləri, Əziz Qardaşım, ən yüksək ehtiramımı və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

Bizimlə əlaqə saxlayın