Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
apr
2025
21:50

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

01 apr, 2025
21:50
934

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Novruz bayramı münasibətilə Sizə və Azərbaycan xalqına Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Canlanmanı, ümidi və birliyi təcəssüm etdirən bu qədim bayram ailələri və icmaları sülh və firavanlıq ruhunda bir araya gətirərək dərin əhəmiyyət kəsb edir. Bu bayram münasibətilə şəxsən Sizə və Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı və davamlı uğurlar arzulayıram.

Mən əməkdaşlığımızın davamlı olmasını diləyir, xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm. Bu arzularla bayramınızı bir daha təbrik edirəm.

Bizimlə əlaqə saxlayın