Azərbaycan Prezidenti: Ballıcada artıq 460 keçmiş köçkün yerləşib
"Ballıca kəndinin də bərpası artıq son mərhələdədir".
APA xəbər verir ki, Prezident İlham Əliyev bunu Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşü zamanı deyib.
"Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük", - dövlət başçısı deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Ballıca kəndi bərpa edilən və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir: "Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada, yenə də deyirəm, 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir".
Oxşar xəbərlər
Prezident: Ballıca kəndinin bərpası artıq son mərhələdədir
Prezident İlham Əliyev: Dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır
Prezident: Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir
Azərbaycan Prezidenti: Bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik
Prezident Xocalının Ballıca kəndində görülən işlərlə tanış olub, bir qrup sakinlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













