Azərbaycan Prezidenti: Bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik
İndi İkinci Qarabağ müharibəsindən dörd il keçibdir, baxın nə qədər böyük işlər görüldü, hər yerdə, təkcə Xocalı rayonunda yox.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində bir qrup sakinlə görüşdə deyib.
“Halbuki Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir”, - Azərbaycan Prezidenti qeyd edib.
Oxşar xəbərlər
Prezident Xocalının Ballıca kəndində görülən işlərlə tanış olub, bir qrup sakinlə görüşüb - FOTO - YENİLƏNİB
Prezident: Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir
Prezident Xocalının Ballıca kəndində görülən işlərlə tanış olub, bir qrup sakinlə görüşüb
Prezident İlham Əliyev: Dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













