Prezident: Azərbaycan yüksək inkişaf potensialına malik dinamik iqtisadiyyata sahibdir
sizinxeber.az xəbər saytı

Prezident: Azərbaycan yüksək inkişaf potensialına malik dinamik iqtisadiyyata sahibdir


Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır.

Sizinxeber.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb.

Müraciətdə, həmçinin deyilir: “Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım” ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Vergi Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev vergi forumunun iştirakçılarına müraciət edib
Prezident İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır
Azərbaycan Prezidenti: Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir
Bakıda "Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forum keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle