Azad olunmuş ərazilərdə torpaqlar kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydası hazırlanacaq
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydaları və tətbiq ediləcək güzəştin həcm müəyyənləşəcək.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Fərmanda əksini tapıb.
Nazirlər Kabineti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarını və tətbiq ediləcək güzəştin həcmini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Oxşar xəbərlər
Azad olunmuş ərazilərdə torpaqlar kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək
Azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi qaydası müəyyənləşib
Qarabağ və Şərqi Zəngəzurdakı aqrar təyinatlı torpaqların icarəyə verilməsi birinci oxunuşda təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
