Turizm və rekreasiya zonalarında qadağan olunacaq fəaliyyət növləri müəyyənləşib
Turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növləri müəyyənləşib.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Turizm haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilib:
- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;
- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;
- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;
- "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.
Oxşar xəbərlər
Turizm və rekreasiya zonalarında qadağan olunacaq fəaliyyət növləri müəyyənləşir
Azərbaycanda turizm və rekreasiya zonalarında qadağan edilən hallar müəyyənləşir
Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar təsdiqlənib
Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar birinci oxunuşda təsdiqlənib
Kəlbəcərdə beş turizm və rekreasiya zonası yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













