Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov general-mayor rütbəsindən məhrum edilib
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi general-mayor rütbəsindən məhrum edilib.
APA xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilib.
Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Təqsirləndirilən şəxsin “ədliyyə general-mayoru” rütbəsindən və “Vətən uğrunda medalından” mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndərilib.
Oxşar xəbərlər
Prezident general-mayoru rütbəsindən məhrum edib
Naxçıvanın həbsdə olan sabiq Penitensiar Xidmətinin rəisinin istəyi reallaşmayıb
Naxçıvanın həbsdə olan Penitensiar Xidmətinin sabiq rəisinin istəyi reallaşmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
