İcra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin keçirilməsi qaydası hazırlanacaq
sizinxeber.az xəbər saytı

İcra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin keçirilməsi qaydası hazırlanacaq


İcra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası hazırlanacaq.

Sizinxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Ədliyyə Nazirliyində icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edəcək.

Eyni zamanda, NK ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Oxşar xəbərlər

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır
Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası hazırlanacaq
Ədliyyə orqanlarına inzibati vəzifəyə qəbul qaydası dəyişir
Ədliyyə orqanlarında işləmək istəyənlər üçün söhbət mərhələsi keçiriləcək
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı formalaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle