

Ədliyyə orqanlarına inzibati vəzifəyə qəbul qaydası dəyişir
Ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa qəbul qaydası dəyişir.
Sizinxeber.az-nın xəbərinə görə, bu, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Beləliklə, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunda ədliyyə orqanlarına qulluğa qəbulun şərtləri və qaydalarını və Ədliyyə orqanlarında stajorluq və sınaq keçməni tənzimləyən maddələrindən hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərin, ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa müsabiqəsiz qəbul edilməsi, həmçinin stajorluq və sınaq müddətinin müəyyən edilməməsi müddəalarının çıxarılması təklif edilir.
Bundan başqa "Dövlət qulluğu haqqında" təklif edilən dəyişikliyə əsasən, məhkəmə hakimiyyəti orqanlarının VƏ Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasına şikayət vermək imkanı nəzərdə tutulub.
Əmək Məcəlləsində işçinin iş yeri və orta əmək haqqının saxlanıldığı hallar sırasından hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərilməsi müddəasının çıxarılması da təklif edilir.
Qanunlara təklif olunan dəyişiklik "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli qanununun icrası ilə əlaqədar hazırlanıb.
Oxşar xəbərlər
MM bəzi qanun və əsasnamələrə dəyişikliyi qəbul edib
Bəzi qanun və əsasnamələrə dəyişiklik birinci oxunuşda qəbul edilib
Ədliyyə orqanlarında işləmək istəyənlər üçün söhbət mərhələsi keçiriləcək
Bəzi qanun və əsasnamələrə dəyişikliklər üçüncü oxunuşda qəbul edilib
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
