Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.

APA xəbər verir ki, dövlətimizin başçısı Laziz Kudratovun ölkəmizə səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir.

Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq qeyd etdi ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.

Qonaq vurğuladı ki, ötən il Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı iki ölkənin prezidentlərinin qarşıya qoyduqları yeni prioritet istiqamətlər üzrə fəal iş aparılır.

Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı məmnunluqla vurğulandı, sənaye kooperasiyası, nəqliyyat, logistika əlaqələrinin daha da genişləndirilməsi və yeni birgə layihələr barədə fikir mübadiləsi aparıldı.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər