Bakıda Abay Kunanbayevin anadan olmasının 179-cu ildönümü qeyd olunub
sizinxeber.az xəbər saytı

Bakıda Abay Kunanbayevin anadan olmasının 179-cu ildönümü qeyd olunub


Bakıda görkəmli qazax şairi və maarifçisi Abay Kunanbayevin 179 illik yubileyi qeyd olunub.

“Report”un məlumatına görə, Qazaxıstanın Bakıdakı səfirliyində anım tədbiri keçirilib.

Tədbirdə səfirlik əməkdaşları, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri, eləcə də Azərbaycanda təhsil alan qazaxıstanlı tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları şairin adını daşıyan küçədə yerləşən xatirə lövhəsi önünə gül dəstələri düzərək onun xatirəsini ehtiramla yad ediblər.

Oxşar xəbərlər

Bakıda Abay Günü qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər