Mələknaz Yusifova: Karyera Sərgisi istedadlı gənclərin "Global Media Group"a yönəlməsi üçün "yaşıl işıq"dır
sizinxeber.az xəbər saytı

Mələknaz Yusifova: Karyera Sərgisi istedadlı gənclərin "Global Media Group"a yönəlməsi üçün "yaşıl işıq"dır


Karyera Sərgisi istedadlı, potensiallı gənclərin "Global Media Group"a yönəlməsi üçün "yaşıl işıq"dır.

Bunu "Report"a açıqlamasında "Global Media Group" MMC-nin İnsan resursları üzrə baş meneceri Mələknaz Yusifova Karyera Sərgisi 2025-də deyib.

Baş menecer bildirib ki, bu sərgi tələbə və məzunların əmək bazarına çıxışına, karyera imkanlarının artırılmasına, gənclərin, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradır:

"Savadına, bacarığına, peşəsinə və gördüyü işin keyfiyyətinə güvənən ixtisaslı kadrları biz daim diqqətdə saxlayırıq, əməkdaşlıq edirik. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. Bizim şirkətin tərkibinə daxil olan - “Report” İnformasiya Agentliyi, Oxu.Az xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb”.

O qeyd edib ki, sərgi həm də ingilis və rusdilli tələbələr üçün marketinq və kommunikasiya şöbələrində özlərinə uyğun pozisiyada çıxış edə bilmələri baxımından faydalıdır.

“Məqsədimiz "Global Media Group"un tərkibində olan media məktəblərinə potensiallı gəncləri yönəldə bilməkdir. Bu, gənclərin həyatında vacib fürsət ola bilər", - M.Yusifova deyib.

Oxşar xəbərlər

"Global Media Group"un yeddi əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Global Media Group”un onlayn resurslarına kütləvi haker hücumu olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Global Media Group” “Xəzəri qoruyaq” ekoloji aksiyasına qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Global Media Group"un 7 yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər