"Global Media Group"un yeddi əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub
Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 29 oktyabr 2024-cü il tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb, "Global Media Group"un yeddi əməkdaşı müsabiqədə qalib olub.
Müsabiqədə ən yaxşı sosial-iqtisadi təhlil nominasiyasına layiq görülənlərdən biri “Report” İnformasiya Agentliyinin əməkdaşı Məmmədli İlahə Firdovsi qızıdır.
Həmçinin ən yaxşı jurnalist araşdırması nominasiyasına layiq görülənlərdən biri Agentliyin əməkdaşı Əhmədova Gülər Seymur qızıdır.
Bundan başqa, müsabiqədə “Global Media Group”un daha beş əməkdaşı - Piriyev Ceyhun Muzahim oğlu (BakuTV), Əliyev Məhərrəm İbrahim oğlu, Kərimova Böyükxanım Aydın qızı (Oxu.az), Rzayev Timur Xanağa oğlu (Caliber.az), Əliyev Azad Akif oğlu (Kaspi.az) - müvafiq nominasiyalarda mükafatlara layiq görülüblər.
Oxşar xəbərlər
“Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
